Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin nəzərinə!
25.09.2020 12:11Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına qəbul olunmuş abituriyentlərin qeydiyyatı və sənədlərinin qəbulu 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 09:30-dan 17:00-a kimi aparılacaq.
Qeydiyyat tələbələrin xüsusi geyim forması ilə təmin olunması nəzərə alınaraq, karantin rejimi dövrünün tələblərinə riayət etməklə Akademiyada aparılacaqdır. Abituriyentlərin və onları müşayiət edən şəxslərin qeydiyyata tibbi maskada gəlmələri xahiş olunur.
Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 ədəd)
- Tam orta təhsil haqqında sənəd (attestat);
- 3×4 ölçüdə 4 ədəd fotoşəkil (ağ fonda, rəngli)
- Ödənişli əsaslarla qəbul olanlar üçün təhsil haqqının ödənilməsinə dair qəbz
- Oğlanlar üçün “İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə” və ya hərbi bilet- (əsli və 1 nüsxə surəti)
- Sağlamlıq haqqında arayış (forma 86)
- Tərcümeyi-hal (Akademiyada təqdim olunan blankda doldurulacaq)
- İş nömrəsi və şifri
Qeyd: Təhsil haqqı ödənişindən azad olunan xüsusi statuslu (məcburi köçkün, şəhid ailəsinin üzvü və s.) abituriyentlər göstərilən sənədlərdən başqa, statusu ilə bağlı əlavə sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərini də təqdim etməlidirlər.